AZ

İqtisadi Şuranın iclası keçirilib

İyulun 11-də İqtisadi Şuranın iclası keçirilib.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub.

Maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin gündəlikdə olan büdcə-vergi məsələləri üzrə məruzələri dinlənilib.

Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Seçilən
9
38
azerbaijan-news.az

10Mənbələr