Çin Ukrayna torpaqlarında iki vətəndaşının saxlanmasını araşdırır və onların qanuni hüquqlarını qoruyacaq.
Editor.az xəbər verir ki, bunu brifinqdə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.
Diplomat bildirib ki, Pekin hazırda araşdırma aparır və vəziyyəti nəzərdən keçirir.
Mao Ning Çinin Çin vətəndaşlarının qanuni hüquq və mənafelərini onlara aid məsələlərdə qanuna uyğun olaraq qoruyacağını vurğulayıb.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti iyulun 9-da Kiyevdə iki Çin Xalq Respublikasının vətəndaşının saxlanıldığını bildirib. Onlar Ukraynanın “Neptun” raket sistemi ilə bağlı məxfi sənədləri oğurlamaqda və onları ölkədən qaçırmağa cəhddə ittiham olunublar.
//Gülnarə Abasova, Editor.az