AZ

Azərbaycan əhalisinin sayı açıqlandı

Bakı. Trend:

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14 205 nəfər və ya 0,14faiz artaraq 2025-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 239min 94 nəfərə çatıb.

Trend bu barədə DövlətStatistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizinikənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlartəşkil edir.

Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycanəhalisinin sayı 23 min 477 nəfər və ya 0,2 faiz artaraq 2024-cüilin avqust ayının 1-nə 10 milyon 204 min 247 nəfər olmuşdu.

Bildirilib ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kəndsakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkiledib.

Seçilən
2
49
az.trend.az

10Mənbələr