AZ

“Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir” - Aİ rəsmisi

“Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə güclü dəstəyini ifadə edir”.

Missiya.Az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş sözçüsü Anita Hipper ötən gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərəkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı 2025-ci ilin martında Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi və dövlətlərarası münasibətlərin qurulması üzrə danışıqların yekunlaşdırılmasını alqışlayıb. 

Hipper Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında bu yaxınlarda keçirilən görüşü regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addım adlandırıb. 

"Biz hər iki tərəfi sülh sazişi layihəsinin imzalanmasına və ratifikasiyasına ən qısa zamanda başlamağa çağırırıq", - deyə siyasətçi vurğulayıb.

Hipper, həmçinin tərəflərin tələbi ilə Aİ-nin onlara əlavə dəstək və təcrübə verməyə hazır olduğunu da qeyd edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
4
30
missiya.az

10Mənbələr