Paytaxtda sıxlıq müşahidə olunan küçə və prospektlər açıqlanıb. 1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər); 6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 7. 1-ci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.