Bakı. Trend:
İyulun 13-də I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrəDT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni)üzrə qəbul imtahanı keçiriləcək.
Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 13-də Ivə IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbulimtahanı keçiriləcək. Həmin gün III qrup üzrə DT və TCaltqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə dəimtahan keçiriləcək.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa,Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala,Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran,Masallı və Xaçmazda təşkil olunacaq.
İştirakçılar iyulun 3-dən etibarən Dövlət İmtahan Mərkəzininsaytından "İmtahana buraxılış vərəqəsi"ni çap edəbilirlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər(rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahanbinasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-dəburaxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 144 imtahanbinası, 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460buraxılış rejimi əməkdaşı, 144 bina nümayəndəsi cəlb olunub.
İmtahanda I ixtisas qrupu üzrə 24059, IV ixtisas qrupu üzrə5634, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisiniseçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 4536nəfər olmaqla, ümumilikdə 34229 abituriyentin iştirakı nəzərdətutulur.
İmtahanda 58 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirakedəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşlarıilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxışkeçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildəimtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təminedilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 12-də təkrar baxışkeçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalarmöhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsininəməkdaşlarının mühafizəsinə veriləcək.
İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsiDİM-də akkreditasiyadan keçib.