AZ

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib.

BAKU.WS xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 ABŞ dolları və ya 0,7 % artaraq 76,02 ABŞ dollarına çatıb. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları səviyyəsində olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir bareli isə 0,54 ABŞ dolları və ya 0,72 % bahalaşaraq 74,83 ABŞ dollarına satılıb.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları olaraq nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.

Azərbaycan nefti əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunur. Bu yataqlar üzrə işlənmə müqaviləsində Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın payı 31,65 % təşkil edir.

Seçilən
3
49
far.az

10Mənbələr