AZ

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ


Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Bu barədə Gender.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Seçilən
2
43
gender.az

10Mənbələr