AZ

Dırnaqlarda ağ ləkələr nədən yaranır?

Dırnaqlarda yaranan ağ ləkələr çox insanda rast gəlinən, adətən zərərsiz bir haldır...

Pravda.az bildirir ki, bu ləkələr ən çox yüngül zədələr, kiçik travmalar və dırnaq hüceyrələrinin zədələnməsi səbəbilə meydana çıxır. Bununla yanaşı, sink və kalsium kimi mineral çatışmazlıqları, protein azlığı, göbələk infeksiyaları və dermatoloji xəstəliklər də səbəblər arasındadır. Kimyəvi maddələrə uzunmüddətli məruz qalmaq və tez-tez dırnaq boyası istifadə etmək də riski artırır.

Əgər ləkələr uzun müddət itmirsə və ya digər simptomlarla müşayiət olunursa, başqa bir sağlamlıq probleminin əlaməti ola bilər. Belə hallarda dermatoloqa müraciət tövsiyə olunur. Müalicə səbəbə bağlı dəyişir və dərmanlar, vitamin-mineral əlavələri, düzgün dırnaq baxımı kimi üsulları əhatə edə bilər.

Poliqon.info

Seçilən
85
2
poliqon.info

3Mənbələr