Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.
Moderator.az AFFA-nın Mətbuat xidmətinə istinadən xəbər verir ki, o, turnirin I təsnifat mərhələsində baş tutacaq “Dila” (Gürcüstan) - “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.