AZ

Davide Kalabriyanın yeni ünvanı Premyer Liqa ola bilər

İtaliyanın “Milan” və “Bolonya” klublarının sabiq müdafiəçisi Davide Kalabriya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçu ilə “Kristal Pelas” yaxından maraqlanır. London təmsilçisi azad agent statusunda olan təcrübəli oyunçunu yay transfer dönəmində heyətinə qatmaq niyyətindədir. Artıq İngiltərə klubu futbolçunun agenti ilə əlaqə saxlayıb.

Qeyd edək ki, Kalabriya 2024/25 mövsümünü “Bolonya”da icarə əsasında keçirmişdi. Müdafiəçi bu müddətdə 27 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalı Davide Kalabriyanın bazar dəyərini 4,5 milyon avro olaraq qiymətləndirir.

Seçilən
90
45
90deqiqe.az

10Mənbələr