AZ

“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib

“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb...

FHN-in mətbuat xidmətindən Poliqon-a verilən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

“20 yanvar” stansiyasının yaxınlığında açıq ərazi yanır.

FHN-in mətbuat xidmətindən Poliqon-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, metronun “20 yanvar” stansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Poliqon.info

Seçilən
4
50
poliqon.info

10Mənbələr