AZ

“Rosqvardiya” rəhbərinin keçmiş müavini saxlanıldı

“Rosqvardiya” rəhbərinin keçmiş birinci müavini Viktor Striqunov saxlanılıb.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“O, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur”, – mənbə bildirib.

Qeyd olunub ki, o, Sibir dairəsində poliqonun tikintisi zamanı səlahiyyətlərindən sui-istifadə edib.

Mənbənin sözlərinə görə, cinayət işi Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları tərəfindən qaldırılıb.

Seçilən
2
31
tribunainfo.az

10Mənbələr