BAKI, 7 iyul. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian təmsil etdiyi hökumətin ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini heç vaxt dəstəkləmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Pezeşkian bu fikirləri amerikalı jurnalist Taker Karlsona veridyi müsahibədə söyləyib.
"Bu iddialar, İsrailin Baş naziri Benyamin Netanyahunun sizin xalqınıza və ya prezidentinizə inandırmağa çalışdığı təlqinlərdir, lakin bu, doğru deyil", - İran prezidenti vurğulayıb.
Pezeşkianın sözlərinə görə, ABŞ-ın bu cür bəyanatları, İsrailin baş nazirinin Yaxın Şərqdə sabitliyi pozmaq və regionda xaos yaratmaq məqsədini güddüyünü göstərir. Prezident, həmçinin, ABŞ-ı əbədi müharibələrə sürükləmək məqsədilə belə iddiaların səsləndirildiyini qeyd edib.
Xatırladaq ki, 2024-cü ilin iyul və sentyabr aylarında Donald Tramp sui-qəsd cəhdlərinin hədəfi olmuşdu. Həmin vaxt, Tramp ABŞ-ın kəşfiyyat orqanlarına istinad edərək, İranın onun həyatına təhdid yaratdığını və ABŞ-da sabitliyi pozmağa yönəlmiş real təhdidlərin olduğunu bildirmişdi. Respublikaçıların təşviqat qrupu, Trampın təhlükəsizlik məsələləri ilə bağlı narahatlığını ifadə edərək, bunun İranın hərəkətlərindən qaynaqlandığını iddia etmişdi.
Lakin Pezeşkian, İranın ABŞ prezidentinə qarşı hər hansı bir sui-qəsd cəhdi ilə əlaqəsinin olmadığını bir daha təsdiqləyib. İran hökuməti, regiondakı gərginliklərə baxmayaraq, diplomatik həllərin tərəfdarı olduğunu bildirir.