AZ

Daxili və xarici düşmənlər Gürcüstanı məhv etmək istəyirlər, millət buna yol verməməlidir

ain.az, Bizimyol saytına istinadən bildirir.

“Bizim tarixi missiyamız Avropa ailəsinə üzv olmaqdır. Bu istiqamətdə hökumət ölkə maraqlarından irəli gələn perspektivli siyasət aparır. Biz müstəqil ölkəyik. İndi Avropada vəziyyət 2003-2012-ci illərdə necə idisə, elədir. Gürcü xalqı Saakaşvilini hakimiyyətdən uzaqlaşdırdı, çünki onun ideologiyası qəbuledilməzdir. Avropa Birliyi bu ideologiyanın davamçısıdır. Avropa tam fəlakətə doğru gedir. Maraqlıdır ki, Avropa Parlamentində Gürcüstanın siyasətini bəyənən yeni nəslin nümayəndələri peyda olublar. Biz Avropa qanunlarına qarşı çıxmırıq, əksinə Almaniyadan, İngiltərədən və başqa ölkələrdən media, insan haqlarının müdafiəsi və digər məsələlərlə bağlı qanunlar qəbul edirik”.

Bu barədə Bizimyol.info xəbər portalına Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, politoloq Əli Babayev danışıb. Politoloq bildirib ki, avropalı bürokratlar bu məsələ ilə maraqlanmır, onlar sadəcə hakimiyyət dəyişikliyini istəyirlər.

Əli Babayev

“Bunlar Tbilisiyə gəlib müxalifətin mitinqlərindən insanları inqilaba səsləyənlərdir. Onlar gürcü polisinə qarşı yürüş edəndə Almaniyada və Fransada gördüklərinə baxmırlar... Polis insanlarla necə davranır?! Mən şəxsən şahidi olmuşam ki, polis əməkdaşları Qərb fondlarının öyrətdiyi gənclərin atdığı kokteyllərlə şikəst halda xəstəxanaya gətirilib. Bu zaman qətnamələr Bidzina İvanişvilinin - əməyi əvəzsiz olan şəxsin impiçmentini tələb edir. Onun etdiyini, dünya siyasətində ondan başqa heç kim etməyib - diktaturaya sülh yolu ilə son qoydu. İnanıram ki, avropalıların ağlı başına gəlib bizdən çox şey öyrənəcək. O cümlədən, biləcəklər ki, demokratiya və azadlıq, milli dəyərlər, mənəvi dini hiss nədir”-deyə Əli Babayev qeyd edib.

Politoloq vurğulayıb ki, bu gün Gürcüstana çoxlu turist gəlir, çünki Gürcüstan təhlükəsiz ölkədir və insanlar burada mənəvi istirahət edirlər: “Bir ölkəni daxili və xarici düşmənlər belə məhv etmək istəyirlər, millət buna yol verməməlidir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
50
icma.az

10Mənbələr