Nigeriyanın Kano əyalətində baş verən qəzada ümumilikdə 21 nəfərin həyatını itirdiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, Nigeriya Milli Yol Təhlükəsizliyi (FRSC) Kano Dövlət Müdirliyindən verilən yazılı açıqlamada Kano-Zaria şosesində sürətlə hərəkət edən sərnişin avtobusunun hərəkətdə olan yük maşınına çırpıldığı bildirilib.
Qəzada 21 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu qeyd edilib.(xalqcebhesi)