AZ

Pezeşkian ona qarşı sui-qəsddən danışdı: “İclas zamanı bombaladılar”

İran prezidenti Məsud Pezeşkian ABŞ jurnalisti Taker Karlsona verdiyi müsahibədə bildirib ki, İran hakimiyyəti heç vaxt Donald Trampa qarşı sui-qəsd cəhdlərini dəstəkləməyib.

Musavat.com-un xəbərinə görə, Pezeşkian deyib ki, ona qarşı İsrail tərəfindən sui-qəsd cəhdi olub, lakin bu, uğursuzluqla nəticələnib.

“Bəli, onlar cəhd etdilər, amma uğursuz oldular”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, sui-qəsd cəhdi onun iştirak etdiyi iclas zamanı baş verib. Pezeşkian ABŞ-nin bu hücumla əlaqəsinin olmadığını vurğulayıb:

“Biz növbəti addımları müzakirə edirdik və onların (İsrailin) casuslarının verdiyi kəşfiyyat məlumatları ilə iclas keçirdiyimiz yerə zərbə endirməyə çalışdılar”.

Seçilən
2
50
tribunainfo.az

10Mənbələr