“Tehran heç vaxt nüvə silahı yaratmaq niyyətində olmayıb və ölkəsinin atom təhsilinin sadəcə sülh məqsədli olduğunu vurğulayıb”.
Editor.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pəzəşkian deyib.
O, ABŞ və İsrail rəsmilərinin Tehranla bağlı yayılan iddialarını “şeytan vari manipulyasiyalar” adlandıraraq, bu iddiaların Yahudi siyasətçilərin qərəzli taktikası nəticəsində ortaya çıxdığını bildirib.
Pəzəşkian həmçinin qeyd edib ki, İran Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırdıqdan sonra öz nüvə proqramlarını şəffaf şəkildə yoxlamaq üçün dialoqa hazırdır.
Daha əvvəl Pəzəşkian ABŞ jurnalisti Taker Carlson-a verdiyi müsahibədə bildirib ki, İsrailin onunla bağlı sui-qəsd cəhdi olub, amma bu cəhd uğursuzluqla nəticələnib.
//Gülnarə Abasova, Editor.az