Bu gün Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə işindən azad edilən Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt intihar edib.
Oxu.Az bu barədə Rusiya KİV ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, Roman Starovoytun meyiti onun Moskva vilayətinin Odintsovo rayonundakı evində tapılıb.
Qeyd olunub ki, keçmiş nazir odlu silahla intihar edib.
Məlumat üçün əlavə edək ki, R.Starovoyt 2024-cü ildə nəqliyyat naziri vəzifəsinə təyin edilib. O bundan əvvəl Kursk vilayətinin rəhbəri olub.