AZ

İran Trampa qarşı mümkün sui qəsd cəhdləri ilə əlaqəsini rədd edib

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Tehran heç vaxt ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini dəstəkləməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın guya belə hərəkətlərdə iştirak etməsi barədə bəyanatlar İsrailin Baş naziri Benyamin Netanyahunun ritorikasının bir hissəsidir.

"Netanyahu (ABŞ - red.) xalqınızı və Prezidentinizi bunun həqiqət olduğuna inandırmağa çalışır. Lakin bu, həqiqətə uyğun deyil. Onun öz planları var: o, ABŞ-ni sonsuz müharibələrə cəlb etməyə, bütün regionda daha çox qeyri-sabitlik, qeyri-müəyyənlik və xaos yaratmağa çalışır", - M.Pezeşkian vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
50
bakivaxti.az

10Mənbələr