İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail hakimiyyəti ona sui-qəsd cəhdi edib, lakin buna nail ola bilməyib.
Turkudstan.az xəbər verir ki, Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bu barədə suala cavab olaraq, "Bəli, cəhd etdilər, amma uğursuz oldular" dedi.
İran prezidenti əlavə edib ki, sui-qəsd cəhdi təxminən həftə yarım əvvəl baş verib və ABŞ-ın əli olmadığını qeyd edib. “Mən görüşdə idim, sonrakı addımları müzakirə etdik və onların casuslarının kəşfiyyat məlumatlarının köməyi ilə onlar [İsrail] bizim görüş keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdılar”- o deyib.
Aytən Yaşar/ Turkustan.az