“Rusiyanın Fövqəladə Hallar naziri Aleksandr Kurenkov hökumət təyyarəsinin göyərtəsindədir. O, Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparacaq”,- telegram-kanal bildirir.
Bundan əvvəl “VÇK-OQPU” məlumat vermişdi ki, Moskvada iki ölkə arasında münaqişəni qeyri-rəsmi yolla həll etmək məqsədi ilə qeyri-rəsmi şəkildə Bakıya gedəcək nümayəndə heyəti hazırlanır.
- Şəxsən Putindən mesaj çatdırılacaq və həbs olunanların “mübadiləsi” təklifi verilə bilər”,- xəbərdə deyilirdi.

Sahil İsgəndərov
AzVision.az