İsrail hakimiyyəti İran prezidentinə sui-qəsd cəhdi edib, lakin buna nail ola bilməyib.
"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian açıqlayıb.
Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində bu barədə suala cavab verib: "Bəli, cəhd etdilər, amma uğursuz oldular".
İran prezidenti əlavə edib ki, sui-qəsd cəhdi təxminən həftə yarım əvvəl baş verib və ABŞ-nin bunda əli olmadığını qeyd edib: "Mən görüşdə idim, sonrakı addımları müzakirə edirdik və onların casuslarının kəşfiyyat məlumatlarının köməyi ilə İsrail bizim görüş keçirdiyimiz əraziyə zərbə endirməyə çalışdı".
Ağarza Elçinoğlu