
İran Prezidenti Məsud Pezeşkian İsrail hakimiyyətinin ona qarşə sui-qəsd cəhdi etdyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.
Pezeşkian Taker Karlsonun bu barədə sualına cavab olaraq, “Bəli, cəhd etdilər, amma uğursuz oldular”, - deyib.
İran prezidenti əlavə edib ki, sui-qəsd cəhdi təxminən həftə yarım əvvəl baş verib və ABŞ-nin əli olmayıb.