AZ

ABŞ-da Epşteyn işinə son nöqtə qoyulub?

 

ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FBI) nəhayət Ceffri Epşteyn işində nöqtə qoyduqlarını açıqlayıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları həmin işlə bağlı hansısa “müştəri siyahısı”nın olduğu, və şantaj izlərinə rast gəlindiyini inkar edib.

FBI tərəfindən yayımlanan müşahidə kameralarından götürülmüş görüntülərdə, Epşteynin ölüm gecəsi kamerasına heç kimin daxil olmadığı göstərilir. Rəsmi məlumatlara görə, Epşteyn həbsdə intihar edib, onun ölümündə üçüncü şəxslərin iştirakı təsdiqlənməyib.

Axios-un əldə etdiyi daxili arayışa əsasən, Epşteynin nüfuzlu siyasətçiləri və iş adamlarını şantaj etməsinə dair heç bir sübut tapılmayıb.

Bu nəticə, uzun illər davam edən ictimai təzyiqlər və suallar fonunda verilib. Xatırladaq ki, bir müddət əvvəl İlon Mask Donald Trampı Epşteynin “siyahısında olmaqda” ittiham etmişdi. Bu isə bəzi çevrələrdə Trampın məsələyə təsir edərək sübutların “yoxa çıxmasına” nail olduğu iddialarını yenidən gündəmə gətirib.

Musavat.com

Seçilən
10
25
musavat.com

10Mənbələr