AZ

Mirzoyan: Ermənistan sülhə sadiqdir

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Ermənistanın prioritetlərindən biri sülh gündəmidir və bu istiqamətdə Azərbaycanla danışıqlar aparılır.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib

Nazirin sözlərinə görə, tərəflər artıq sülh sazişi layihəsi üzrə razılığa gəliblər və Ermənistan bu sənədi imzalamağa və ratifikasiya etməyə hazırdır.

"Bununla yanaşı, Ermənistan qərb qonşusu Türkiyə ilə də münasibətlərin normallaşdırılmasına çalışır".

Ararat Mirzoyan qeyd edib ki, Ermənistan sülhün vacibliyinə inanır və Çinin yanaşmalarını bu baxımdan dəstəkləyir. O, Çinin Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsini alqışlamasını və iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dəstək verməsini yüksək qiymətləndirib.

Nazir, həmçinin beynəlxalq münasibətlərə dair fikirlərini bölüşərək bildirib ki, beynəlxalq hüququn və ərazi bütövlüyünün pozulması, qaydaların olmaması təkcə Ermənistan üçün deyil, Çin və bütövlükdə bəşəriyyət üçün təhlükəlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
50
news24.az

10Mənbələr