AZ

Ermənistan parlamentində gərgin anlar yaşanıb

Bakı. Trend:

Ermənistan parlamentində qanunverici orqanın sədr müavini RubenRubinyan ilə müxalif “Ermənistan” fraksiyasının deputatı ArturSarkisyan arasında gərginlik yaşanıb.

Trend bu barədəErmənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, parlamentin fövqəladə iclasında, baş prokurorAnna Vardapetyanın Sarkisyana qarşı cinayət işinin açılması üçüntəqdim etdiyi vəsatətin müzakirəsi zamanı yaşanıb.

Hakim “Mülki Müqavilə” fraksiyasından olan deputat VaaqnAleksanyanın ölkədəki hakimiyyətin ələ keçirilməsi cəhdləri iləbağlı çıxışı zamanı Artur Sarkisyan yerindən kəskin iradlarla çıxışedib.

Bunun ardınca Rubinyan onu sakit olmağa çağırıb.

“Ey, sən orda səsini kəs! Burada sualları biz veririk. Səsinikəs deyirəm sənə! Vaaqn Aleksanyana söz verilib və o, çıxış edir.Yerinə otur, demirəm?! Sakitləş!”,- deyə Rubinyan Sarkisyana sərtşəkildə müraciət edib.

Cavabında Sarkisyan bildirib ki, Rubinyan ona nə etməli olduğunudeyə bilməz. Bundan sonra Rubinyan Sarkisyana rəsmi xəbərdarlıqelan edib.

Məqalədə:
Seçilən
5
12
az.trend.az

10Mənbələr