AZ

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti - TƏHLİL (VİDEO)

Bakı. Trend:

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsininaçıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, 2009-cuildən cari ilin aprel ayının sonunadək Azərbaycan dünya bazarlarına170 milyard kub metrdən çox təbii qaz ixrac edib.

Trend Media Təhlil Mərkəzinəistinadən xəbər verir ki, 2009-cu ildə Azərbaycan yalnız Gürcüstanatəbii qaz ixrac edirdisə, cari ilin ilk 4 ayında Gürcüstandan əlavəTürkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və Serbiya kimi ölkələrətəbii qaz ixrac edib.

Bu dövr ərzində ən çox təbii qaz Türkiyəyə ixrac edilib ki, buhəcm 84,57 milyard kub metr təşkil edir.

İkinci sırada isə 37,93 milyard kub metr ilə İtaliya yeralır.

Azərbaycan qazını ən ucuz qiymətə alan Gürcüstan isə indiyədəkölkəmizdən 29,66 milyard kub metr təbii qaz idxal edib.

Qeyd edək ki, Avropa ölkələrindən Yunanıstan 2020-ci ildən,Bolqarıstan və İtaliya isə 2021-ci ildən davamlı olaraq ölkəmizdəntəbii qaz idxal edir.

Seçilən
22
7
az.trend.az

10Mənbələr