Moskva iki ölkə arasındakı mübahisəni qeyri-rəsmi həll etməyə çalışmaq üçün Bakıya qeyri-rəsmi nümayəndə heyəti göndərmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “VChK-OGPU” Telegram kanalı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, nümayəndə heyəti “şəxsən Putindən” mesaj verəcək və həbs olunanların “mübadiləsini” də təklif edə bilər.
Mənbə istisna etmir ki, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı və hazırkı fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri ilə yaxşı şəxsi münasibətləri olan Aleksandr Kurenkov rəhbərlik edə bilər.