AZ

Cüdo Federasiyası tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçib

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyası tərəfindən ölkə üzrə paylanmış tatami sayı 10000-i keçib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

2022-ci ildən etibarən Bakı və regionlarda 120 idman zalına federasiya tərəfindən 10000-dən çox tatami paylanılıb, 2000-dən çox gənc idmançıya pulsuz məşq etmək imkanı yaradılıb.

Bildirilib ki, ACF-nin əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, 2022-2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər və Qaxda cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.

Seçilən
1
50
azertag.az

10Mənbələr