AZ

Soyadı "ov"la bitən birinin vətənpərvərliyinə şübhə yaratmaq doğru deyil

"Soyadılarımızdan "ov", "ova" və s. kimi sonluqları çıxarmaq üçün insanları maarifləndirmək lazımdır".

Publika.az xəbər verir ki, bu fikirləri Teleqraf-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli deyib.

O bildirib ki, illərdir müstəqil olan ölkənin milli dəyərlərinə hərtərəfli diqqət yetirməsi vacibdir:

"Hər millətin atributu var. Fars, erməni, gürcü və başqaları soyadlarında öz sonluqlarından istifadə edir. Bəs azərbaycanlılar nə zaman ayılacaqlar? Bu məsələ Milli Məclisdə də müzakirə olunub. Əgər insanlar bundan nəticə çıxarmayıblarsa, onda sözüm yoxdur. Soyadalarımızın sonunda "lı", "li" ola bilər. Bu yöndə insanları maarifləndirmək şərtdir. Adıçəkilən məsələ ilə bağlı cəza mexanizmi də yoxdur. Humanitar sahədir. Cəza tədbirləri də tətbiq etmək o qədər də doğru olmaz. Problemlərdən danışırsan, bu məsələləri qabardırsan, olursan pis. Trollar üzərinə hücum çəkir. "ASAN" xidmətdən bizə onlarla məktub daxil olur. Valideyn övladının adını Mühəmməd qoymaq istəyir. Axı dilimizdə ahəng qanunu var, bunu niyə korlayırsınız. Bundan başqa, uşağın adını Əyyar qoyurlar. Əyardır, Əyyar deyil. Əyyar oğru, dələduz deməkdir. Bundan başqa, Taleh yox, Tale. O qədər belə nümunə göstərmək olar ki. "ASAN" xidmət, Ədliyyə Nazirliyi və digər müvafiq qurumlar müraciət zamanı vətəndaşlara "yox" deməyi bacarsa, problem həll olar. Millətin gərək şüuru oyansın. Qurumlar bunu etsə, 5 dəqiqəyə problem həll olunacaq. Ad elə bir şeydir ki, ömrü boyu onu müşayiət edir".

N.Məmmədli bildirib ki, yol kənarlarındakı reklam lövhələrində də ciddi problemlər var:

Seçilən
5
50
publika.az

10Mənbələr