AZ

Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü VİDEO

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.

Bakupost.az xəbər verir ki, bu il aprelin 14-də dermoid kistadan Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən Qazyan kənd sakini, 26 yaşlı Sübhan Hüseynova əməliyyat olunması məsləhət görülüb.

Yaxınlarının iddialarına görə, əməliyyata hazırlanan Sübhan Hüseynova verilən narkozdan sonra o, komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan yaxınları xəstəni Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdiriblər. Vətən Müharibəsinin iştirakçısı olan Sübhan Hüseynov ötən gün orada dünyasını dəyişib.

Bakupost.az Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edirik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
50
www.bakupost.az

10Mənbələr