AZ

Avtomobildə texniki problem yarandıqda sürücü nə etməlidir ?VIDEO

Paytaxt yollarında baş verən yol- nəqliyyat hadisələrinin səbəblərindən biri də avtomobildə nasazlıq yarandıqda bəzi sürücülərin adi təhlükəsizlik qaydalarına əməl etməməsidir.

Bunu DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov deyib.

Onun sözlərinə görə, avtomobildə texniki nasazlıq yarandığı təqdirdə sürücülər qəza dayanma işıq siqnalını yandırmaqla yanaşı, qəza dayanma nişanını da avtomobilin arxa hissəsində qoymaqla ən azı 30 metr məsafədə həmin nişanı quraşdırmalıdırlar ki, arxadan gələn nəqliyyat vasitələri həmin nişanı görüb hərəkət surətini tənzimləsinlər.

Daha ətraflı video material “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
14
11
xezerxeber.az

10Mənbələr