AZ

Sabunçuda soyğunçuluq edən şəxslər saxlanılıb

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Bakues.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
1
15
icma.az

10Mənbələr