AZ

Tayvanda tayfun nəticəsində 2 nəfər ölüb, 334 nəfər yaralanıb

Tayvanda

Tayvanın cənubuna çatan tayfun tropik tufana çevrilib.

Fövqəladə Əməliyyatlar Mərkəzindən (CEOC) verilən açıqlamada, tayfunun səbəb olduğu şiddətli fırtına və yağış səbəbindən 400 mindən çox evdə elektrik enerjisi kəsildiyi bildirilib.

Açıqlamada elektrik kəsilməsi səbəbindən süni nəfəs aparatının fəaliyyətini dayandırması ilə bir xəstə və yıxılan ağacın ona çırpılması nəticəsində bir nəfərin öldüyü qeyd olunub.

Açıqlamada eləcə də tayfunun yaratdığı əlverişsiz hava şəraiti səbəbindən 334 nəfərin xəsarət aldığı diqqətə çatdırılıb.

Tayfunun vurduğu maddi ziyanla bağlı 2270 hadisənin qeydə alındığı, zərər çəkmiş bölgələrdə isə 3483 nəfərin təxliyə edildiyi qeyd edilib.

Seçilən
9
26
xalqcebhesi.az

10Mənbələr