İsrailin Ukraynadakı səfiri Mixael Brodski Rusiya prezidenti Vladimir Putinin İsrailin guya rusdilli dövlət olması ilə bağlı bəyanatını şərh edib, çünki onun bildirdiyinə görə, guya orada iki milyona yaxın rusdilli insan yaşayır.
Herbiand.az bildirir ki, səfir bu barədə “RBC-Ukrayna”ya müsahibəsində deyib.
Brodski qeyd edib ki, Putinin dediyi rəqəm əhəmiyyətli dərəcədə şişirdilib və söhbət qətiyyən iki milyondan getmir.
O bildirib ki, İsraildə Sovet İttifaqından və postsovet məkanından olan bir milyona yaxın insan var və onların əksəriyyəti rus dilində danışır. Bununla belə, onların arasında Rusiya vətəndaşları xeyli azdır: “Rusiya vətəndaşlarının sayına baxsanız, İsraildə çox güman ki, onlar bir neçə on minlərlə, bəlkə də daha azdır. Ona görə də rusdilli ölkədən danışmaq hələ də güclü yanılmadır”.
Xatırladaq ki, Vladimir Putin bir müddət əvvəl bəyan etmişdi ki, İsraildə çoxlu rusdilli insanlar yaşadığı üçün Rusiya İrana kömək etməmək qərarına gəlib.
Bəxtiyar CƏFƏRLİ