AZ

“Şamaxı”nı 11 qat çempiona dəyişdi

Ötən mövsümü “Şamaxı”da keçirən Vasiliye Radenoviç özünə yeni komanda tapıb.

Msport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Litvanın “Jalgiris” klubu ilə anlaşıb.

Onun Vilnus təmsilçisi ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.

Qeyd edək ki, “Jalgiris” 11 qat ölkə çempionudur. Klub 14 dəfə də ölkə kubokunun sahibi olub.

Seçilən
11
49
msport.az

10Mənbələr