AZ

Kelloq yenidən Zelenski ilə görüşəcək

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu həftə Romaya səfər edərək Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi və Ukraynanın yenidən qurulması ilə bağlı konfransda iştirak etməyi planlaşdırır.

Məlumatı “Kiyev Post” istinadən “Kaliber.az” verib. 

Kelloq 10 və 11 iyulda İtaliyanın baş naziri Corciya Meloni tərəfindən keçiriləcək konfransda ABŞ nümayəndə heyətinin tərkibində olacaq.

Konfransda Ukrayna Prezidenti Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Almaniya kansleri Fridrix Merz, Polşanın baş naziri Donald Tusk və digər dünya liderlərinin iştirakı planlaşdırılır.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
50
xalqqazeti.az

10Mənbələr