AZ

Uçuş qrafiklərinin pozulması Rusiya aviaşirkətlərinə onlarla milyard rubl ziyan vurub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Moskva, 7 iyul, AZƏRTAC

Hava nəqliyyatının çökməsi təkcə ilk iki gündə Rusiya aviaşirkətlərinə on milyardlarla rubla başa gələcək. “Kommersant” qəzetinə müsahibə verən aviaşirkətlərin ekspertləri və mənbələri belə qənaətə gəliblər.

AZƏRTAC xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, iyulun 5-də Şeremetyevo, Pulkovo və Striqinoda hava hərəkətinin idarə edilməsində irimiqyaslı nasazlıq baş verib ki, bu da uçuşların kütləvi ləngiməsinə və təxirə salınmasına səbəb olub. “Rosaviasiya”nın məlumatına görə, iyulun 5-dən 7-dək aviaşirkətlər 485 reysi ləğv edib. Daha 2000 reys üzrə hər iki istiqamətdə uçuşlar gecikib və 43 000 bilet məcburən geri qaytarılıb. Departament əlavə edib ki, hazırda ölkənin bütün hava limanları normal rejimdə işləyir, reysləri qəbul edir və yola salır.

Hava nəqliyyatında ciddi kollaps Rusiya aviaşirkətlərinə təxminən 20 milyard rubla başa gələ bilər. Mütəxəssislərin hesablamalarına görə, “Aeroflot” konfiqurasiyasında tipik “Boeing 737-800” təyyarəsində ləğv edilmiş bir uçuş aviaşirkətin birbaşa 15-23 milyon rubl itkisinə səbəb olur. Bundan əlavə, uçuşun alternativ aerodromlara yönləndirilməsi orta hesabla 1,5-2 milyon rubla başa gəlir və 15 dəqiqədən çox gecikmə sərnişinə xidmət xərcləri istisna olmaqla, 1,5 milyon rubl zərərlə nəticələnir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
33
azertag.az

10Mənbələr