AZ

Hakan və Əraqçi ikitərəfli və regional məsələləri müzakirə ediblər

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xəbəri “Anadolu” verib. 

Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin vəziyyəti, regional məsələlər, İranın nüvə fəaliyyəti ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ankara regiondakı bütün fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır. Türkiyə isə bu istiqamətdə səylərə hərtərəfli kömək etməyə hazırdır.

P.ƏMİRCANOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
xalqqazeti.az

10Mənbələr