AZ

PSJ Real Madrid in ulduzu üçün təklif göndərəcək

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

PSJ "Real Madrid"in vingeri Rodriqonu transfer edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "ESPN Brazil" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Paris klubu artıq 24 yaşlı braziliyalının agentləri ilə əlaqə saxlayıb, transfer ehtimalına aydınlıq gətirib.

Bir müddət əvvəl mətbuatda "Ən-Nəsr"in futbolçu ilə maraqlandığı, "Real Madrid"in isə digər klublardan gələn transfer təkliflərini nəzərdən keçirməyə hazır olduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Rodriqo ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
22
oxu.az

10Mənbələr