AZ

"Real" Rodriqo ilə yollarını ayırır?

“Real Madrid”in braziliyalı futbolçusu Rodriqo karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, PSJ 24 yaşlı vingerlə yaxından maraqlanır. Bu barədə İspaniyanın nüfuzlu “AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso Rodriqonu gələcək planlarına daxil etmir. Bu səbəbdən Paris təmsilçisi oyunçu üçün yaxın günlərdə rəsmi təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Rodriqo 2019-cu ildən “Real Madrid”in formasını geyinir. O, bu müddət ərzində komandanın heyətində 270 rəsmi matçda meydana çıxaraq 68 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.

"Yuventus"lu Türkiyə yolunda

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

“Qalatasaray”ın futbolçusu La Liqa klubunun radarında

“Qalatasaray” “Roma”nın qolkiperi ilə maraqlanır

Zubimendi “Arsenal”da - RƏSMİ

Seçilən
12
10
apasport.az

10Mənbələr