İtaliyalı mütəxəssis David Ançelotti “Botafoqo”nun yeni baş məşqçisi olacaq.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər 35 yaşlı italiyalı ilə müqaviləni razılaşdırıblar. Tərəflər 2026-cı ilin dekabrına kimi hesablanıb. David Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.
O, iyunun 6-dan Braziliya millisinin məşqçilər korpusundadır. David bundan əvvəl atası ilə birlikdə PSJ, “Bavariya”, “Everton”, “Napoli” və “Real”da çalışıb.