AZ

Mbappe “Real Madrid”də ilkə imza atdı


Klublararası dünya çempionatının 1/4 finalında “Borussiya”ya qarşı keçirilən matçda (3:2) möhtəşəm qola imza atan “Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe Madrid klubunun oyunçuları tərəfindən indiyədək heç vaxt əldə edilməmiş rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Stats Foot” məlumat yayıb.
Mənbənin məlumatına görə, Mbappe bir mövsümdə “Real”ın heyətində 7 müxtəlif turnirdə qol vuran ilk oyunçu olub.
Belə ki, Mbappenin aktivində bütün turnirlərdə 58 matçda 44 qol var. O, “La Liqa”da 31, Çempionlar Liqasında yeddi, İspaniya Kubokunda iki, həmçinin İspaniya Superkuboku, UEFA Superkuboku, Klublararası Dünya Çempionatı və Qitələrarası Kubokunda bir qol vurub.
Seçilən
13
45
yeniavaz.com

10Mənbələr