AZ

Neftçi nin sabiq məşqçisi Rza Cəfərovu Rumıniyaya aparmaq istəyir

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan millisinin və "Neftçi"nin qapıçısı Rza Cəfərovu Rumıniyanın "Dinamo" klubuna aparmaq istəyən şəxsin adı bəlli olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisinin sabiq məşqçisi Mihai Nabadan 22 yaşl qolkiperi Buharest təmsilçisində görmək istəyir.O, hazırda bu komandada məşqçi işləyir.Rumınların qolkiper üçün ilk təklifi "Neftçi" tərəfindən rədd olunsa da, klub növbəti dəfə Cəfərova görə müraciət etməyi planlaşdırır. Qeyd edək ki, Mihai Nabadan daha əvvəl "Neftçi"də baş məşqçi işləmiş Adrian Mutunun köməkçisi idi. Qapıçılarla çalışan mütəxəssis 2023-cü ilin iyulundan ilin sonunadək "ağ-qaralar"da olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
2
sport24.az

10Mənbələr