AZ

MN: İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

7-11 iyul aralığında Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Sherg.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə nazirlik çağırış edib.
Seçilən
0
50
sherg.az

10Mənbələr