Demokrat.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ölkə xaricində yaşadığı üçün məhkəməyə gətirilməsi mümkün olmayıb.
Hakim prosesin qapalı keçiriləcəyini bildirib və media nümayəndələri məhkəmə zalından çıxarılıb.
Məlumata görə, cinayət işi məhkəmə baxışına verilib və növbəti iclas iyulun 18-nə təyin olunub.
Qeyd edək ki, İmaməddin İntiqam oğlu Əlimanov bu ilin aprel ayında Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Rəsmi məlumata görə, o, 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində “youtube” sosial media hesabında “Xalq tv” adlı kanal təsis edib.
Məlumatda qeyd olunub ki, İmaməddin Əlimanov həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
10Mənbələr
-
moderator.azBu gün Ruben Vardanyanın məhkəməsi davam edəcək ( 19055167)
-
teleqraf.comBu gün Ruben Vardanyanın məhkəməsi davam edəcək ( 19053352)
-
icma.azTanınmış iş adamı bu maddə üzrə ittiham olunur FOTO ( 19041775)
-
7news.azBaş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb ( 19019998)
-
cebheinfo.azXaricdə yaşayan İmaməddin Əlimanovun məhkəməsi keçirilir ( 19019581)
-
musavat.comBaş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb ( 19017250)
-
interpress.azBaş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb ( 19016170)
-
moderator.azBaş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb ( 19015987)
-
lent.azXaricdə yaşayan bloger İmaməddin Əlimanovun məhkəməsi BAŞLADI ( 19015567)
-
pravda.azXaricdə yaşayan İmaməddin Əlimanovun məhkəməsi keçirilir ( 19015552)