AZ

Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqdirləndirilən İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ölkə xaricində yaşadığı üçün məhkəməyə gətirilməsi mümkün olmayıb.

Hakim prosesin qapalı keçiriləcəyini bildirib və media nümayəndələri məhkəmə zalından çıxarılıb.

Məlumata görə, cinayət işi məhkəmə baxışına verilib və növbəti iclas iyulun 18-nə təyin olunub.

Qeyd edək ki, İmaməddin İntiqam oğlu Əlimanov bu ilin aprel ayında Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

Rəsmi məlumata görə, o, 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində “youtube” sosial media hesabında “Xalq tv” adlı kanal təsis edib.

Seçilən
1
50
aznews.az

10Mənbələr