Bakı. Trend:
Xaricdə yaşayan bloger İmaməddin Əlimanovun cinayət işi üzrəməhkəmə iclası keçirilib.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclastəqsirləndirilən şəxsin iştirakı olmadan keçirilib.
Məhkəmə tərkibi prosesin qapalı keçirilməsi barəsdə qərar qəbuledib.
Proses 18 iyunda davam etdiriləcək.
Bildirək ki, təqsirləndirilən İmaməddin Əlimanov CinayətMəcəlləsinin 12.1 281.2-ci(dövlət əleyhinə yönələn açıq çağırışlartəkrar törədildikdə) maddəsi ilə ittiham olunur.
İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikasıhüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsimümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsindəaxtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eynitarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.