AZ

Tramp tarifləri artırır

Ajans.az indianexpress-ə istinadən xəbər  verir ki, Birləşmiş Ştatlar yaxın günlərdə bir neçə ticarət tərəfdaşı ilə ticarət razılaşmalarını yekunlaşdırmağa yaxındır və digər ölkələrə daha yüksək tarif dərəcələri barədə iyulun 9-na qədər məlumat veriləcək. Tariflərin isə avqustun 1-dən qüvvəyə minməsi planlaşdırılır. Bu barədə Prezident Donald Tramp bazar günü bildirib – məlumatı Reuters yayıb. Tramp administrasiyası rəsmiləri daha əvvəl avqustun 1-ni tariflərin artırılması üçün tarix kimi göstərmişdi, lakin bütün tariflərin məhz həmin gün artıb-artmayacağı dəqiq açıqlanmamışdı. Ticarət naziri Hovard Lutnik bu məsələni dəqiqləşdirərkən bildirib ki, artan tariflər məhz avqustun 1-dən qüvvəyə minəcək. O əlavə edib ki, Prezident Tramp hazırda “tarif dərəcələrini və razılaşmaları müəyyən edir.”

Aprel ayında Tramp Amerikanın əksər ticarət tərəfdaşlarına 10%-lik baza tarifi elan etmiş, daha sonra isə bu tariflərin 50%-ə qədər artırılacağını demişdi. Lakin bu yeni tariflərin elanından sonra yaranan qlobal maliyyə çaxnaşması səbəbilə Tramp 10%-lik baza tarifi istisna olmaqla digər bütün tariflərin qüvvəyə minmə tarixini iyulun 9-a qədər təxirə salmışdı. Tariflərin tətbiqi üçün yeni müəyyən olunan avqustun 1-i tarixi ölkələrə əlavə üç həftəlik möhlət verir.

Seçilən
16
5
Ajans.az

10Mənbələr